"Qarabağ"dakı icarə müddətim bitdi və mən qaydalara uyğun olaraq, PAOK-a qayıdıram".
Offsideplus.az xəbər verir ki, bu sözləri bir neçə gün öncə "Qarabağ"dan ayrılan Pedro Enrike deyib. Müqavilə ilə PAOK-a məxsus olan braziliyalı futbolçu bir vaxtlar şərəfini qoruduğu "Renn" klubunun avrokuboklara vəsiqə qazanmasına münasibət bildirib
"Çox şadam ki, "Renn" avrokuboklara qayıtdı. Azarkeşlər və klub bunu çoxdan gözləyirdi. Orda dostlarım var. Tez-tez onlarla futbol barədə danışırıq. Hətta mən indi də "Renn"in bir çox oyunlarını izləyirəm. Baxmaq imkanım olmadıqda isə nəticələri ilə maraqlanıram. Avropa Liqasında "Renn"ə qarşı oynamaq mənim üçün xoş olardı".
Qeyd edək ki, mövsümün əvvəlində PAOK-dan icarə əsasında "Qarabağ"a gələn Enrike 2014-2016-cı illərdə "Renn"in formasını geyinib.