AFFA-nın bir qrup əməkdaşı və Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan bir neçə hakim könüllülük prinsipi əsasında koronavirus əleyhinə vaksinasiya prosesində iştirak edib.

Offsideplus.az xəbər verir ki, həmin kateqoriyadan olan şəxslərə müvafiq vaksinin birinci dozası vurulub.

Bu barədə məlumatı AFFA-nın rəsmi saytı yayıb.