"Neftçi" klubunun futbolçusu Sabir Buqrin zədələnib.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı belçikalı yarımmüdafiəçi bu səbəbdən Sloveniyanın "Domjale" klubu ilə yoxlama matçının 37-ci dəqiqəsində əvəzlənib.

Onun əvəzinə oyuna Ömər Buludov daxil olub.

Qeyd edək ki, qarşılaşma 2:1 hesabı ilə rəqib komandanın qələbəsi ilə yekunlaşıb.