Təlim-məşq toplanışını Sloveniyada davam etdirən “Neftçi” klubu bu gün növbəti yoxlama oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" bu dəfə “Domjale” (Sloveniya) ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl “Olimpiya” (Lyublyana) ilə yoxlama görüşündə 1:1 hesablı heç-heçə edib.