FIFA-nın İntizam Komitəsi Meksika Futbol Federasiyasını cəzalandırıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb azarkeşlərin Dominikan Respublikası (18 mart) və ABŞ (24 mart) milliləri ilə oyunlarda homofob xarakterli şüarlar səsləndirməsidir. Bu şüarlara görə milli komanda qarşıdakı iki seçmə oyununu azarkeşsiz keçirəcək və federasiya isə 60 000 İsveçrə frankı (təqribən 55 000 avro) cərimə ödəyəcək.

Qeyd edək ki, Meksika millisinin növbəti oyunları sentyabrın 2-də Yamayka, oktyabrın 7-də Kanada yığmalarına qarşı olacaq.