“Qarabağ” klubunun yeni mövsüm üçün hazırlıq planı bəlli olub.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar"ın  hazırlığının ilk mərhələsi Bakıda keçiriləcək. Bakıdakı hazırlıq çərçivəsində 2 yoxlama oyunu nəzərdə tutulub. “Qarabağ” iyunun 26-da “Keşlə”, 30-da isə “Sumqayıt”la qarşılaşacaq.

Təlim məşq toplantısının 2-ci mərhələsi isə Avstriyada olacaq. 12 günlük toplanış ərzində 3 yoxlama oyunu da nəzərdə tutulub. Komanda iyulun 7-də Bolqarıstanın SSKA (Sofiya) klubu ilə üz-üzə gələcək. İyulun 11-ə nəzərdə tutulan oyunda isə rəqib “Arsenal” (Tula, Rusiya) olacaq. Sonuncu rəqibin adına daha sonra aydınlıq gələcək.