Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Nqolo Kantenin paylaşımına şərh yazıb.
Offsideplus.az xəbər verir ki, Fransa millisinin və "Çelsi"nin yarımmüdafiəçisi "instaqram" hesabının hekayə bölməsində bu sözləri yazıb: "Mən, sadəcə, sadə oğlanam. Ən xeyirxah və ən yaxşı olduğumu demək olmaz".
Rusiyalı məşhur idmançının bu fikrə münasibəti qısa olub: "Ciddi çempion!"
Qeyd edək ki, DÇ-2018-in qalibi olan Kante ötən ay Çempionlar Liqasının qalibi olub.