Gürcüstan çempionatında 16-cı turun görüşləri keçirilib.
Offsideplus.az xəbər verir ki, həmyerlimiz İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti oyununa çıxıb. Komanda səfərdə Kutaisi “Torpedo”su ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Azərbaycanlı müdafiəçi də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 78-ci dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, “Samtrediya” 16 oyuna topladığı 10 xalla hazırda 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.