Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov idmançı karyerasını futbolçu kimi davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, məşhur döyüşçü Rusiyanın peşəkar statuslu 3-cü divizionunda mübarizə aparan komandanın uğurları üçün tər tökəcək. Bu barədə "Legion Dinamo"nun (Mahaçqala) prezidenti Şamil Lahiyalov "instaqram" hesabında yazıb: "Həbib Nurməhəmmədovun "instaqram"dakı sonuncu elanından sonra klubun təcili iclasında qərara alınmışdır;

1. 2021-22 mövsümü üçün tapşırıq və hədəflər

2. Həbib Abdulmanap oğlu Nurməhəmmədovla müqavilə bağlamaq, yəni məbləği yazıb, imza atmaq. 

Növbəti addım sənindir, Həbib".

Qeyd edək ki, Nurməhəmmədov futbolu hədsiz sevir və xeyli sayda ulduz futbolçularla yoldaşlıq edir.

1622726592743894595

1622726599190025005

1622726605788968853