Sabiq fransalı futbolçu Tyerri Anrinin yeni iş yeri məlum olub. 

Offsideplus.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Belçika millisində çalışacaq. O, baş məşqçi Roberto Martinezin köməkçisi olacaq.

Qeyd edək ki, Anri 2016-2018-ci illərdə də Belçika millisində məşqçi kimi çalışıb.