“River Pleyt” klubu Libertadores kubokunun 5-ci turunda “Santa Fe”ni (Kolumbiya) 2:1 hesabıyla məğlub edib.
Offsideplus.az xəbər verir ki, sözügedən kollektiv 25 futbolçunun koronavirusa yoluxması səbəbindən bu qarşılaşma üçün yalnız 11 oyunçu heyətdə yer alıb.
Komandanın “Santa Fe” ilə oyunda əvəzetmə şansı olmayıb. Bununla yanaşı, komandanın bütün qapıçılarının koronavirusa yoluxmasına görə də “River Pleyt”in "torunu" 35 yaşlı yarımmüdafiəçi Entso Peres qoruyub. Qapıda inamlı təsir bağışlayan Peres beş “seyv”lə yadda qalıb.