Xviça Kvaratsxeliya yayda "Rubin" klubunu tərk edəcək.

Offsideplus.az  "Sportall"a istinadən xəbər verir ki, bu barədə onun atası, Azərbaycan millisinin keçmiş oyunçusu Badri Kvaratsxeliya açıqlayıb. O, Xviçanın hansı kluba keçəcəyini deməsə də, Rusiyadan ayrılacağını qeyd edib:

"Sizi 100 faiz əmin edirəm ki, Xviça yayda "Rubin"dən ayrılacaq. Hansı komandaya gedəcəyini deməyəcəyəm. Bir çox klubla danışacaq. Oğlum istirahat edəcək və daha sonra harada oynayacağına qərar verəcək. Gürcüləri oğlumun Rusiyada qalmayacağına inandırmaq istəyirəm".

Xatırladaq ki, Xviça Kvaratsxeliya DÇ-2022-nin martdakı oyunlarında İspaniya və Yunanıstan yığmalarının qapısına da yol taparaq diqqət çəkib. Onunla Niderlanddan "Ayaks", İtaliyadan "Yuventus", "Milan", "İnter", "Napoli", "Atalanta" və Almaniyanın "Borusiya" klubları yaxından maraqlanır.