“Portu” klubunun hücumçusu Mussa Mareqa karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı forvard “Əl Hilal” klubu ilə müqavilə imzalayıb.
Onunla sözləşmənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Mareqa 2016-cı ildən “Portu”da çıxış edir.