Futbol üzrə Almaniya yığmasının yeni baş məşqçisi bəlli olub.
Offsideplus.az sözügedən ölkənin mətbuatına istinadən xəbər verir ki, Münhen “Bavariya”sında olan təcrübəli mütəxəssis Hans Diter Flik Bundestimin çalışdırıcısı olacaq.
Mövsümün axırında son çempionla yollarını ayıracaq 56 yaşlı Flik Almaniya Futbol İttifaqı ilə anlaşıb. Tərəflər 3 illik müqavilə imzalayacaq.
AVRO-2020 başa çatandan sonra işinin icrasına başlayacaq Flik AVRO-2024-ün sonunadək milliyə rəhbərlik edəcək.