"Barselona", "Real" və "Yuventus" Avropa Super Liqası ilə bağlı birgə bəyanat yayıb.
Offsideplus.az xəbər verir ki, klubların hər biri təzyiqlərə baxmayaraq islahatlara davam edəcəklərini bildirib.
Qeyd edək ki, UEFA daha əvvəl Avropa Super Liqasından imtina edən 9 kluba sanksiya tətbiq olunmadığını açıqlayıb. Lakin kollektivlərin qarşısına müəyyən tələblər qoyulub. Onlar Avropada uşaq futbolunun inkişafına 15 milyon avro ianə etməlidir. Həmçinin klubların avrokuboklarda bir mövsüm ərzində əldə edəcəkləri gəlirin 5 faizi tutulacaq və yenidən bölüşdürüləcək.