"Lill"in futbolçusu Burak Yılmaz ilə MSL klubları maraqlanır.
Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu Devid Bekhemin "İnter Mayami" klubunun hədəfindədir. Bundan əlavə, "Nyu-York Siti" və "Los Anceles Qalaksi" də Türkiyə millisinin üzvünü heyətinə qatmağı düşünür.
MSL təmsilçiləri bu mövsüm Fransa çempionatı başa çatandan sonra rəsmi təklif göndərəcəklər. Klublar Burakın qərarına önəm verəcək.
Qeyd edək ki, Burak Yılmaz cari mövsüm "Lill"də 14 qol və 5 məhsuldar ötürməyə imza atıb.