Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında futbol yarışlarının püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, kişilərin mübarizəsində turnirin iddialı komandalarından İspaniya Argentina ilə birlikdə C qrupunda mübarizə aparacaq. Almaniya və Braziliya seçmələri isə D qrupunda qərarlaşıb.

A qrupu: Yaponiya, CAR, Meksika, Fransa

B qrupu: Yeni Zelandiya, Cənubi Koreya, Honduras, Rumıniya

C qrupu: Misir, İspaniya, Argentina, Avstraliya

D qrupu: Braziliya, Almaniya, Kot d İvuar, Səudiyyə Ərəbistanı