"Qalatasaray"ın sabiq prezidenti Ünal Aysal "sarı-qırmızlar"ın yeni yaradılan Avropa Super Liqasında iştirakının vacibliyini qeyd edib.
Offsideplus.az "Radyospor"a istinadla xəbər verir ki, İstanbul nəhənginin sabiq başqanı bu ideyanın müəllifinin özünün olduğunu diqqətə çatdırıb: "Avropa Super Liqası ideyasını ilk dəfə ortaya atan mən olmuşam. İlk dəfə İngiltərə kanallarının birində Andrea Anyelli ilə yayında olarkən bu fikri demişdim. O dönəmdə Çempionlar Liqasında qrupdan çıxan "Qalatasaray" və "Yuventus" fərqli məbləğdə pul qazanmışdı. "Yuventus"a bizdən 4 dəfə artıq ödəniş edilmişdi.
Növbəti illərdə məhz bu cür ayrı-seçkiliyə görə bəzi klubların turnirdən çıxacağını desəm də, mənə qarşı çıxanlar olmuşdu. Mustafa Cengizin "bizə təklif gələrsə dəyərləndirəcəyik" fikri yanlışdır. Florentino Perezdən belə bir təklif heç vaxt gəlməz, təklif bizdən getməlidir. "Qalatasaray"ın prezidenti olsaydım, düşünmədən Avropa Super Liqasına qatılardım".
Qeyd edək ki, Ünal Aysal 2011-2014 -cü illər arasında "Qalatasaray"ya prezidentlik etmişdir.