Futbol üzrə Ukrayna Premyer Liqasında 21-ci turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, həmyerlilərimiz -  Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay” bu turda səfərdə “Rux”la qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub. 

Hər iki hücumçu da bu matçın iştirakçısı olub. Millimizin üzvü Nuriyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Rüstəm isə 62-ci dəqiqədə meydana daxil olub.