UEFA İcraiyyə Komitəsi Avro-2020 oyunlarında, o cümlədən, Millətlər Liqasının final mərhələsində beş əvəzetmə qaydasının tətbiq edilməsinə qərar verib.

Offsideplus.az xəbər verir ki, sözügedən qayda əvvəlcə koronavirus pandemiyasının yayılması ilə əlaqədar bir çox turnirdə tətbiq olunub.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb.