Portuqaliya millisi və "Mançester Siti"nin futbolçusu Bernardo Silva Serbiyaya qarşı oyundan öncə mətbuat konfransı keçirib.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində baş tutacaq Serbiya ilə oyun və Azərbaycana qarşı keçirdikləri matç (1:0) barədə danışıb:
"Azərbaycanla matçda vacib qələbə qazandıq. İndi isə Serbiya ilə üz-üzə gələcəyik. Rəqib fiziki cəhətdən güclü komandadır. Portuqaliyalılar Azərbaycanla matçda fərqli nəticə gözləyirdi. Əsas qələbə qazanmaqdır. Həmin qarşılaşmada qapıya kifayət qədər zərbə vurduq, lakin rəqibi 1:0 hesabı ilə üstələdik".
Qeyd edək ki, bu gün keçiriləcək Serbiya - Portuqaliya matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.