Aleksey İsayev Portuqaliya ilə dünənki oyunda millidə debüt etdi.
Offsideplus.az xəbər verir ki, Alekseyi bu münasibətlə erməni dostu təbrik edib. Erik Avetyan şəxsi "instaqram" səhifəsində İsayevi işarələyərək "Debüt münasibəti ilə səni təbrik edirəm, qardaşım mənim" sözlərini yazıb. Yığmamızın üzvü isə borclu qalmayaraq erməniyə "Təşəkkür edirəm, qardaşım mənim" yazıb.
Ölkə xaricində bir qisim ermənilərlə azərbaycanlılar arasındakı dostluq münasibətinin olması danılmaz faktdır. Lakin Vətən müharibəsinin cəmi 4 ay əvvəl bitdiyini nəzərə alsaq, Alekseyin bu paylaşımı ictimai formada etməsinin nə dərəcədə doğru olduğuna siz oxucular qərar verin.
Bu da həmin foto.