Rayan Giqqz baş məşqçisi olduğu Uels millisindən müvəqqəti uzaqlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, Uels yığma komandasının keçirəcəyi 3 oyunu buraxacaq. Belə ki, Belçika və Çexiyaya qarşı DÇ-2022-nin seçmə mərhələ oyunlarını və Meksika ilə yoldaşlıq görüşünə milliyə Robert Peyc rəhbəlrik edəcək.
Qeyd edək ki, uzaqlaşdırmaya səbəb Giqqzin sevgilisə hücum etməkdə ittiham olunmasıdır. Həbs edilən 47 yaşlı mütəxəssis günahını boynuna almayıb, bir müddət sonra isə girov əsasında azadlığa buraxılıb.