Çərşənbə günü PSJ ilə "Barselona" arasında baş tutacaq oyundan əvvəl fransız azarkeşlərin qonaq komandaya təzyiqi davam edir.
Offsideplus.az xəbər verir ki, bir qrup azarkeş küçəyə çıxaraq petardlar yandırıb və plakat açıblar. Plakatda isə Cerard Pikenin sevgilisi Şakiranın adı yazılıb: "Shakira a la Jonquera" (Şakira Jonqueraya).
Jonquera İspaniyanın Fransa ilə sərhədində yerləşən, əsasən fahişələri ilə məşhur qəsəbədir.
Qeyd edək ki, komandalar arasında İspaniyada baş tutan ilk oyunda PSJ rəqibini 4:1 hesabı ilə məğlub etmişdi.