Ukrayna Premyer Liqasında 17-ci turun görüşləri keçirilir.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı hücumçular - Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” da növbəti oyununa çıxıb. 

Kollektiv, səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb və bu matçdan 0:3 hesablı məğlubiyyətlə ayrılıb.

Ötən tur qırmızı vərəqə aldığı üçün cəzalı duruma düşən Nuriyev bu qarşılaşmanı buraxmaq məcburiyyətində qalıb. Rüstəm isə start heyətdə meydana çıxıb və 54-cü dəqiqədə əvəzlənib.