Qətərdə keçirilən klublararası dünya çempionatında 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Offsideplus.az xəbər verir ki, Misirin "Əl-Əhli" klubu Qətər "Əl-Duhail"isi üzərində 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 30-cu dəqiqədə Husseyn əl-Şahat vurub.

Misir təmsilçisi yarımfinalda fevralın 8-i Çempionlar Liqasının qalibi Almaniya "Bavariya"sı ilə qarşılaşacaq. Digər yarımfinal görüşündə Meksika "Tiqres"i ilə Braziliya "Palmeyras"ı üz-üzə gələcək.