"Qarabağ"ın sabiq futbolçusu Sergey Kravçenko Ukraynada klubunu dəyişib.

Offsideplus.az xəbər verir ki, "Dnepr-1"in 38 yaşlı yarımmüdafiəçi Ukraynanın 2-ci liqasında çıxış edən "Çernomorets"lə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Sergey Kravçenko 2005/2006 mövsümündə "Qarabağ"da çıxış edib. O, "Şaxtyor", "Vorskla" və "Dnepr" klublarının şərəfini də qoruyub.