Libertadores Kubokunun final matçında Braziliyanın "Palmeyras" "Santos" komandaları qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, Rio-de-Janeyronun "Marakana - Mario Filyu" stadionunda baş tutan görüş “Palmeyras”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın yeganə qolunu 85-ci dəqiqədə çıxmış hücumçu Breno Enrike vurub. 

Qoldan bir neçə dəqiqə əvvəl referi “Palmeyras”ın baş məşqçisi Abel Ferreyranı idmana yaraşmayan hərəkətinə görə stadiondan uzaqlaşdırıb.

Beləliklə, "Palmeyras" tarixində ikinci dəfə Libertadores Kubokuna yiyələnərək, 4 - 11 fevralda Qətərdə təşkil olunacaq klublararası dünya çempionatına vəsiqə qazanıb.

 

Libertadores Kuboku

"Palmeyras" - "Santos" 1:0 (B.Enrike, 90+9.)