Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyasında (CONCACAF) Çempionlar Liqasının qalibi bəlli olub.

Offsideplus.az xəbər verir ki, finalda Meksika təmsilçisi "Tiqres" ABŞ-ın "Los Anceles" komandası üzərində 2:1 hesablı qələbəyə sevinib.

Komanda son beş ildə CONCACAF Çempionlar Liqasının finalında oynasa da, bu il tarixində ilk dəfə qalib olub.