Futbol üzrə İspaniya 2-ci liqasında 16-cı turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” səfərdə “Xixon”la qarşılaşıb. Oyun qolsuz bərabərliklə bitib - 0:0.
İsrafilov 78-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, “Albasete” 16 oyuna topladığı 11 xalla 22 iştirakçı arasında 21-ci pillədə qərarlaşıb.