Almaniya Futbol Federasiyası yığma komandanın baş məşqçisi Yoahim Löv barədə son qərarını verib.
Offsideplus.az xəbər verir ki, 60 yaşlı mütəxəssis Almaniya millisi ilə çıxışını davam etdirəcək. Löv 2021-ci ilin dekabrına qədər yığma komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, Millətlər Liqasında İspaniyaya 6:0 hesablı biabırçı məğlubiyyətdən sonra Yoahim Lövün millidən qovulacağı gözlənilirdi.