İspaniyanın "Albasate" klubunda çıxış edən Eddi İsrafilovun oktyabrın 14-də məhkəmə prosesi baş tutacaq.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov və onun komanda yoldaşı Alberto Benito məhkəmə qarşısına çıxacaq. 

Belə ki, Eddi İsrafilov 2016-cı ildə "Eybar"da çıxış edərkən sabiq komanda yoldaşları Serxio Enriç Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunur. Bu səbəbdən İsrafilov 3 il müddətinə azadlıqdan məhrum oluna bilər.

"Albasate" klubunun idman direktoru Migel Anxel İspaniya mətbuata müsahibəsində futbolçularının yanında olduqlarını bildirib.