Bu gün Bakı Olimpiya Stadionunda (BOS) Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan hakimlər FİFA fitnes testi veriblər.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunlara dördüncü hakim kimi təyinat alan referilərin də qatıldığı testləri Hakimlər Komitəsinin sədri Frits Stuxlik və fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyev götürüb.
Test iki hissədən ibarətdir:
Test-1 (təkrar sprint bacarığı): maksimum 6 x 40 m. 6.0 saniyə
Test-2 (məsafə testi): 75 m / 25 m (15 san / 18 saniyə) – 10 dövr
Qeyd edək ki, sabah Premyer Liqaya təyinat alan köməkçi hakimlər aşağıdakı normativlər üzrə test verəcəklər:
Test-1 (CODA)
Test-2 (təkrar sprint bacarığı)
Test-3 (Məsafə testi)