Qazaxıstanın "Astana" klubu baş məşqçisi Mixal Bileklə yollarını ayırıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı çexiyalı mütəxəssis vaxtından əvvəl vəzifəsindən kənarlaşdırılb.
Bilek 2020-ci ilin əvvəlində kluba baş məşqçi təyin olunmuşdu.
Qeyd edək ki, "Astana" avqustun 18-də UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Belarusun "Dinamo" (Brest) komandasına 3:6 hesabı ilə uduzub.