Domenek Torrent Braziliyanın "Flamenqo" klubuna baş məşqçi təyin olunub.
Offsideplus.az xəbər verir ki, 58 yaşlı ispaniyalı mütəxəssislə 1 illik müqavilə imzalanacaq.
"Marca" nəşri təyinatın Qvardiolanın tövsiyəsi ilə reallaşdığını yazıb.
"Flamenqo"nun keçmiş baş məşqçisi Jorje Jezus isə bir müddət əvvəl Benfikaya qayıdıb.
Qeyd edək ki, Domenex Torrent "Mançester Siti", "Bavariya" və "Barselona"da Pep Qvardiolanın köməkçisi kimi çalışıb.