Estoniya kubokunda 1/64 final mərhələsinin görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Nurlan Novruzovun şərəfini qoruduğu “Narva Trans” bu mərhələdə “Paide 3” ilə üz-üzə gəlib.

Böyük hesabla qalib gələn futbolçumuzun komandası nöövbəti mərhələyə vəsiqə qazanıb - 4:0.

Start heyətdə meydana çıxan Novruzov və 62-ci dəqiqədə əvəzlənib.