Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku barədə yeni iddia yayılıb.
Offsideplus.az xəbər verir ki, rumıniyalı məşqçinin Ukraynaya gedərək, sabiq komandası “Şaxtyor”un prezidenti Rinat Axmetovla görüşməsi, onun Donetsk təmsilçisinə qayıdacağı iddialarının yayılmasına səbəb olub. “Şaxtaçılar”ın hazırkı baş məşqçisi Paulo Fonsekanın mövsümün sonunda komandadan ayrılmaq ehtimalı bu şübhələri bir az da gücləndirib. Axmetovla Luçeskunun görüşü zamanı onun komandaya qayıtması perpektivlərinin müzakirə edildiyi deyilir. Bu barədə məlumatı Ukrayna mətbuatı yayıb.
Xatırladaq ki, Luçesku 2004-2016-cı illər aralığında, 12 il “Şaxtyor”u çalışdırıb. O, ötən ildən Türkiyə millisinin “sükanı arxasında”dı.
72 yaşlı mütəxəssis bir müddət öncə açıqlamasında “ay-ulduzlular”ın məşqçi karyerasında son iş yeri olacağını bildirmişdi.