Futbol üzrə Estoniya kubokunda final görüşü keçirilib.
Offsideplus.az xəbər verir ki, həlledici oyunda azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi “Narva Trans”la “Flora” qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn “Flora” Estoniya kubokunun sahibi olub.
Novruzov da bu matçda iştirak edib. O, 70-ci dəqiqədə meydana buraxılıb və 86-cı dəqiqədə sarı vərəqə alıb.