Avstriya çempionatının qalibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Liqanın 30-cu turunda “Hartberq”ə 3:0 hesabıyla qalib gələn  “Zalsburq”, mövsümün finişinə 3 tur qalmış birinciliyi təmin edib.

Ardıcıl 7-ci çempionluğunu rəsmiləşdirən “Zalsburq” ümumilikdə 14-cü dəfə liqanın qalibi olub.