Futbol üzrə Çexiya çempionatında 2019-2020 mövsümünün qalibi bəlli olub.
Offsideplus.az xəbər verir ki, “Slaviya” çempionatın 32-ci turunda öz meydanında “Viktoriya”ya 1:0 hesabı ilə qalib gələrək, çempionluğunu rəsmiləşdirib.
Xallarının sayını 78-ə çatdıran paytaxt təmsilçisi, çempionatın sonuna 3 tur qalmış ən yaxın rəqibi “Viktoriya”nı 9 xal qabaqlayıb.
Bu, “Slaviya”nın 6-cı ölkə çempionluğudur.