Sloveniya kubokunun qalibi bəlli olub.

Offsideplus.az xəbər verir ki, final qarşılaşmasında “Nafta” ilə “Mura” klubları qarşılaşıb.

İki cavabsız qolla qalib gələn “Mura” Sloveniya kubokunu başı üzərinə qaldırıb - 2:0.

Qeyd edək ki, sözügedən komanda tarixində ikinci dəfə ölkə kubokunun qalibi adını qazanıb.