Latviya çempionatında 2-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüqar Əsgərovun şərəfini qoruduğu “Dauqavpils” də növbəti görüşünə çıxıb.

Kollektiv səfərdə “Yelqava” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Vüqar da bu oyunun iştirakçısı olub. Yığmamızın sabiq üzvü start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, xalı olmayan “Dauqavpils” turnir cədvəlində 10 kollektiv arasında 9-cudur.