Almaniya 2-ci Bundesliqasında 32-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Boxum”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+4-cü dəqiqədə əvəzlənib. Yığmamızın üzvü 73-cü dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, 32 turdan sonra 41 xala malik “Ersgebirge”  10-cu pillədə qərarlaşıb.