İtaliyanın “Breşiya” klubunun hücumçusu Mario Balotelli klubun bazasına buraxılmayıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb italiyalı futbolçunun klub prezidenti Massimo Çellino ilə aralarında ədavətin yaşanmasıdır.

O, məşq üçün bazaya yollansa da, içəri daxil olmasına icazə verilməyib. 30 yaşlı oyunçu isə əsəbi şəkildə avtomobilinə əyləşərək oranı tərk edib.

Qeyd edək ki, “Breşiya” rəhbərliyi Balotelli ilə müqaviləyə xitam vermək istədiklərini bildirib.