Özbəkistanın futbol çempionatının taleyinə aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, çempionat davam etdiriləcək.
Komandalara sağlamlıq və gigiyena qaydalarına əməl etmək şərti ilə məşqlərə başlamağa icazə verilib. Açıqlamada, oyunların iyunun 5-dən bərpa olunmasının planlaşdırıldığı bildirilib. Çempionatın bərpa vaxtının yaxın günlərdə rəsmən açıqlanması gözlənilir.