Avstriyanın "Austriya" (Klaqenfurt) klubu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Barış Ekincierlə yollarını ayırıb.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, icarə əsasında II liqa təmsilçisində çıxış edən 21 yaşlı yarımmüdafiəçi iyunun 1-də müqavilə ilə məxsus olduğu Almaniyanın "Bohum" klubuna qoşulacaq.
Avstriyada mövsümün iyunda bərpası planlaşdırılsa da, Klaqenfurt təmsilçisi Ekincierlə vidalaşmaq barədə razılığa gəlib.
Qeyd edək ki, Barış Ekincierin "Bohum"la müqaviləsi 2022-ci ilin yayında başa çatır. "Austriya" turnir cədvəlində 19 oyundan sonra 37 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider "Rid"dən 8 xal geridədir. "Bohum" isə II Bundesliqada 35 xalla 10-cu yerdədir.