"Arsenal"ın üzvü Per-Emerik Obamenyanq yeni komanda qurmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, qabonlu hücumçu virtual oyunlar oynamağı xoş xoşlayır.

Bu səbəbdən də "topçular"ın forvardı e-sport komandası qurmaq niyyətindədir. Obamenyanq tezliklə virtual olaraq "Formula 1"də Monako Qran-Prisində "McLaren" komandasının pilotu olacaq.

Qeyd edək ki, hücumçunun komanda yoldaşları Məsul Özil 2018-ci ildə "M10 eSports", Bernd Leno ise 2019-cu ildə "Leno eSports"u yaradıb.