Keçmiş serbiyalı futbolçu Milyan Mrdakoviç özünə qəsd edib.

Offsideplus.az xəbər verir ki, 38 yaşlı Mrdakoviç Belqradda öz rəfiqəsi ilə ev kirayələyib. Qadının çağırışı ilə gələn polis ölüm faktını təsdiqləyib.

Qeyd edək ki, sözügedən futbolçu Avropa və Asiyanın 10 ölkəsində, o cümlədən, Belçikanın "Gent"i və Ukraynanın "Metalist" klubunun şərəfini qoruyub.