COVİD-19 epidemiyası səbəbindən dayandırılan futbol üzrə İsveçrə Super Liqasının bərpa tarixi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, dövlət rəsmiləri çempionatın iyunun 8-dən başlayacağını açıqlayıb. Oyunların azarkeşsiz keçiriləcəyi bildirilir.

Mayın 11-dən isə komandalara məşq üçün icazə veriləcək.