İranda dörd klub futbol federasiyasına liqaların ləğv edilməsi ilə bağlı müraciət edib.

Offsideplus.az xəbər verir ki, sözügedən klublar federasiyaya liqaya davam etmək istəmədiklərini bildiriblər.

Təbrizin “Traktor”, “Maşın Sazi” klubları, həmçinin “Qol Qohar” və “Nassaci” komandaları qalan qarşılaşmalarda meydana çıxmaqdan imtina ediblər.

Bununla belə, İran çempionatında mübarizə aparan bəzi komandaların qalan 10 qarşılaşmanı oynamaq istədiyi qeyd edilir.